
Yusif Mustafayev baba oldu
Müğənninin sevincinin həddi-hüdudu yoxdur
Hələlik heç bir fəxri ada layiq görülməsə də, mahnıları ilə xalqın ürəyində taxt quran, beləcə, xalqın sevgisini qazanan Yusif Mustafayev haqda yeni xəbərimiz var. Belə ki, müğənni yaxın günlərdə yenidən baba olub! Oğul nəvəsinin adını qoymaq isə Yusif müəllimə həvalə edilib. Nəvələrinin sayının artmasına sevinən sənətçi növbəti dəfə baba olmasından qürur hissi keçirdiyini bildirir.
"Oxu Məni" kollektivi olaraq Y.Mustafayevə gözaydınlığı verir, balaca Asimanın böyüyüb asimanda parlamasını arzulayırıq!
Könül Aypara
O.M.
Digər xəbərlər