Uşağın bioloji anası oğlunu geri istəyir

Uşağın bioloji anası oğlunu geri istəyir

3 Aprel 2012 12:50
Bəyəndim (0) Bəyənmədim (0)
"Uşağımı ancaq jurnallarda, tv-də görə bilirəm"

Hollivud aktrisası Ancelina Colinin Vyetnamdakı uşaqlar evindən övladlığa götürdüyü oğlunun bioloji anası onu geri istəyir. 8 yaşlı Paks Sinin anası Fam Su Dunq uşaqlar evi vasitəsilə aktrisaya oğlunu görmək istədiyini bildirib. Onun sözlərinə görə, narkotikdən asılı olduğu üçün uşağı atıb. Lakin indi sağalıb və oğlunun ona "ana" deyə xitab etməsini istəyir: "Oğlumu ancaq jurnallarda, tv-də görə bilirəm. Ürəyim parçalanır. Onu geri istəyirəm..."

Ancelinanın yaxın qaynaqlarından alınan bilgiyə görə, ulduz bu duruma olduqca məyus olub. Və nə kimi addım atacağı haqda mütəxəssislərdən məsləhət alır.

Qeyd edək ki, Ancelina-Bred cütlüyü Paks Sini 2007-ci ildə övladlığa götürmüşdülər.

Günel Həbib