Usta aktyor vəfat etdi...

Usta aktyor vəfat etdi...

3 Aprel 2012 11:57
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə ona ağlayır...

Türk filminin əfsanəvi aktyorlarından biri olan Ekrem Bora 77 yaşında vəfat etdi. 30 mart tarixində təcili olaraq Kadıköydəki "Florence Nightingale" xəstəxanasına yerləşdirilən ünlünün vəziyyəti daha da ağırlaşıb. Həkimlərin ciddi müdaxilələrinə rəğmən o, ağciyər çatışmamazlığından dünyasını dəyişib.

Ekrem Boranın vəsiyətini yerinə yetirən ailəsi onun cənazəsinin morqda çox saxlanılmasına qarşı çıxıb. Bu səbəbdən də mərhum bu gün torpağa verilənə qədər Kadıköy Bələdiyyəsinin "qonağı" olacaq. O, "Zincirlikuyu" qəbiristanlığında dəfn olunacaq.

Onu da xatırladaq ki, ömrünün demək olar ki, yarısından çoxunu türk film-seriallarına xidmət edən Ekrem Bora bu günə kimi bir çox mükafata layiq görülüb. Onların arasında "Ən yaxşı aktyor" nominasiyası da yer alır.

Allah rəhmət eləsin!

Günel Həbib

O.M.