Nadir Qafarzadə: "Kişilərə sponsorluq etmirlər"

Nadir Qafarzadə: "Kişilərə sponsorluq etmirlər"

2 Aprel 2012 12:55
Bəyəndim (0) Bəyənmədim (0)
"Maddiyyat öz boynumadır"

Şou-biznesimizin "əjdaha"sı Nadir Qafarzadə may ayında Moskvaya yola düşəcək. "Emin Musəvinin mənəvi dəstəyi, toylardan yığdığım pullarla yenidən Moskvaya yola düşməyə hazırlaşıram. Orada yaradıcılıq işlərim yarımçıq qalıb, bitirməliyəm, axı zəhmət çəkmişəm. Bir neçə mahnılar var ki, alınmalı və lentə yazılmalıdır. Özüm özümə sponsorluq edirəm, çünki indi kişilərə sponsorluq etmirlər. Tanınandan sonra isə çoxları peyda olacaq. Mənə indi maddi dəstək lazımdır. Rusiyanın şou-biznesinə qoşulmaq üçün. Məgər istəməzlər ki. bir azərbaycanlı müğənni Rusiyada parlasın? Məgər buna ehtiyac yoxdur?" – deyən Nadir əslində "ağlamır", sadəcə olaraq, fikrini bildirir.

Buna mədəni şəkildə sponsor axtarışı da demək olar.

Könül Aypara