Tolik Natəvanla Röyanın küsülülüyünün səbəbini bildirdi

Tolik Natəvanla Röyanın küsülülüyünün səbəbini bildirdi

2 Aprel 2012 12:32
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, suyu Natəvan Həbibinin sevgilisi bulandırıb!

Məşhur prodüser Tarix Əliyev (Tolik) Natəvanla Röya arasında baş vermiş küsülülük haqda mediaya açıqlama verdi. "Röya Rəhim Rəhimlinin verilişinin qonağı olanda Rəhim deyib ki, heyf bu gün Natəvan gəlməyib. Röya da gülərək, zarafatla bildirib ki, yaxşı ki, gəlməyib, o gələndə həmişə dava düşür. Aradan bir neçə gün keçəndən sonra məclislərin birində bəstəkar Nazim Röyaya yaxınlaşaraq, qulağına pıçıldayıb ki, Natanın görüşdüyü şəxs deyib ki, Röya niyə Natəvanı pisləyir? Natəvana gələn söz mənə gəlmiş deməkdir. Bu hərəkət də Röyanın acığına gəlib ki, əvvəla mən Nata ilə zarafat etmişəm, ikincisi, narazılığı özü mənə bildirə bilməzdi ki, kiminləsə xəbər yollayıb? Bax, iki müğənni arasında söz-söhbət bundan yaranmışdı", - deyən Tolik şou-biznes aləmində davaların katalizatoru deyil, sülh yaratmaq istəyən bir şəxs olduğunu bildirdi: "Əgər mən qalmaqal salmaq istəsəydim, Röya ilə Aygünü barışdırmazdım!"

Könül Aypara