“Eurovision”da dost ölkələr bir-birinə səs verə bilməyəcək

“Eurovision”da dost ölkələr bir-birinə səs verə bilməyəcək

27 Yanvar 16:03
107 434
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah “Eurovision” mahnı müsabiqəsində iştirakçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma keçiriləcək.

Oxuməni.az xəbər verir ki, tədbir iki önəmli məqamla yadda qalacaq. Birincisi, Təl- Əviv şəhər açarını rəsmi olaraq Rotterdama təhvil verəcək. İkincisi isə kimin hansı yarımfinalda performans göstərəcəyi və səs verəcəyi açıqlanacaq.

Bundan əlavə, üç “Eurovision- 2020” aparıcısı Chantal Janzen, Edsilia Rombley və Jan Smit festival barədə məlumat verəcək.

Həmçinin Avropa Yayım Birliyi (EBU) bir-birinə daimi olaraq səs verən ölkələrin siyahısını hazırlayıb. EBU bunu Almaniyanın “Digame” şirkəti ilə müəyyən edib. Onlar keçmiş illərdəki səsverməni analiz ediblər. Bir-birinə mütəmadi olaraq dəstək olan ölkələrin eyni yarımfinala düşməməyi üçün siyahılar müyyənləşib.

Tətbiq olunan 5 siyahı qarşı-qarşıya qoyulacaq və dost ölkələrin eyni yarımfinalda çıxışı ehtimalı azalacaq.

Azərbaycan Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Belarus və Ermənistanın olduğu siyahıdadır.

Oxuməni.az