“Bu şəhərdə” silsilə konsertlərə başlayır

“Bu şəhərdə” silsilə konsertlərə başlayır

24 Yanvar 15:55
108 516
Bəyəndim (2) Bəyənmədim (0)

“Bu şəhərdə”nin 2020-ci ildə planlaşdırdığı konsert proqramının tarixləri bəlli olub.

Bu barədə Oxuməni.az-a “Bu şəhərdə”nin rəhbəri Müşfiq Abbasov məlumat verib.

O bildirib ki, “CanaVar” adlı konsert proqramı ilə 5 şəhərdə - Bakıda, Naxçıvanda, Sumqayıtda, Xarkovda və Kiyevdə çıxış edəcəklər:

“28 fevral, 1 və 2 mart tarixlərində Sumqayıtda, martın 4-dən 8-dək paytaxtda - Heydər Əliyev Sarayında, 14-15-də Naxçıvanda, martın 27-si Xarkovda, 29-u isə Kiyevdə tamaşaçılarımızla görüşəcəyik”.

Oxuməni.az