Samirə Hüseynova Türkiyədə sevilməyə başlayıb

Samirə Hüseynova Türkiyədə sevilməyə başlayıb

29 Mart 2012 21:50
Bəyəndim (0) Bəyənmədim (0)
Onu hamı Türkan Şoraya bənzədir

Karyerasını Türkiyədə davam etdirmək qərarına gələn müğənni Samirə Hüseynova qardaş ölkədə korifey aktrisa Türkan Şoraya bənzərliyi ilə diqqəti çəkir. 24 yaşlı müğənni Türkan Şoraya bənzədilməsindən qürur hissi duyduğunu söyləyib: "Azərbaycanda Türkan xanımın filmləri ilə böyümüşəm. Ona bənzəməyimlə fəxr edirəm". Türkiyədə yeni mahnılar üzərində işləyən Samirə yaxında Yılmaz Morgülle "Gedirəm" adlı mahnını duet şəklində oxuyacaq.

Onu da qeyd edək ki, yeni albomu ilə yeni fəaliyyətinə start verəcək olan Samirə ünlü türk müğənni-bəstəkarlardan mahnı almaq üçün dəridən-qabıqdan çıxır. Biz isə çətin yolda ona uğurlar arzulayırıq!

Günel Həbib

O.M.