Cansu Dere J.Lo ilə görüşə gedir...

Cansu Dere J.Lo ilə görüşə gedir...

29 Mart 2012 21:40
890
Bəyəndim (0) Bəyənmədim (0)

Cansu Dere may ayında Kan şəhərinə yollanacaq. "Loreal Paris"in bu ilki Türkiyə üzü olan aktrisa orada firmanın digər tanınmış simaları ilə bir araya gələcək. Beləcə, o, "Loreal Paris"in Amerika üzü olan Cenifer Lopezlə də görüşmə imkanına malik olacaq. Bu səbəbdən imicində dəyişiklik edən, saçlarının rəngini bir ton açdıran Cansu, "Həyəcanlıyam. Bu firma ilə işbirliyi qurduğum üçün çox xoşbəxtəm", - deyə bildirib.

Onu da xatırladaq ki, aktrisa Azərbaycanda da "İdeal" brendinin bu ilki üzü olub.

Günel Həbib