"KRİSTAL" qrupu avtoqəzaya düşdü

"KRİSTAL" qrupu avtoqəzaya düşdü

4 Aprel 2011 08:00
6 027
Bəyəndim (0) Bəyənmədim (0)
Qrupda dəyişiklik baş verib

Qızlardan ibarət olan "Kristal" qrupunun qəzaya uğradığını eşitcək, vaxt itirmədən qrupun rəhbəri Mədinə xanımla əlaqə saxladıq. "Əvvəla, qəzetiniz kimi saytınızın da uzunömürlü olmasını diləyirəm. "Oxu məni" həmişə bizim dostumuz olub, rəhbərlikdən tutmuş bütün işcilərə kimi hamınıza uzun ömür arzulayıram, qələminiz iti olsun! Siz həmişə düzü-düz. əyrini-əyri yazmısınız. Ümidvaram ki. saytda da bu yolla irəliləyəcəksiniz. O ki qaldı xoşagəlməz xəbərə, bəli, məlumat doğrudur. Qızlar maşında olarkən avtoqəzaya düşdük. Daha doğrusu, bizi vurdular. Şükür Allaha ki, salamatçılıqdır. Bir az maşın əzildi, canımız sağ olsun. Vuran şəxsi də bağışladım, anamın yerlisi çıxdı. O da Salyandan idi", - deyə açıqlama verən Mədinə xanım qrupdakı dəyişiklik barədə də ilk olaraq saytımıza danışdı: ""Kristal" qrupu 8 ildir yaranıb. Çox dəyişikliklər baş verib. Amma Lalə həmişə yanımda olub. Lakin indi o, solo ifaya başlayacaq. Artıq bəzi mahnılar lentə aıinıb. Yenə də mənim rəhbərliyim altında oxuyacaq. Onu isə Sevda adlı bir qiz əvəzləyəcək. Sevdanı Cenk bəyin məsləhətilə qrupa götürmüşəm. Məncə, addımıma görə yanılmayacam".

Könül Aypara

O.M.