Dünən Əli Mirəliyev ölümdən qurtuldu

Dünən Əli Mirəliyev ölümdən qurtuldu

29 Mart 2012 12:43
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin yüksək sürətlə idarə etdiyi maşın ekskavatorun yoluna çıxmışdı

Dünən günorta saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi istiqamətində Əli Mirəliyevin ehtiyatsızlığı ucbatından dəhşətli yol qəzası baş verəcəkdi. Müğənni idarə etdiyi KİA markalı sedan maşını ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsi istiqamətindən yüksək sürətlə çıxaraq, gözləmə nişanına məhəl qoymadan Xırdalan dairəsinə daxil oldu. Bu zaman dairənin hərəkət istiqamətində olan yüksək tonnajlı Ekskavator markalı traktor maşınının yoluna çıxmış oldu. Ekskavatorun sürücüsü mümkün qədər əyləci basdı, eyni zamanda Əli Mirəliyev də sürətini xeyli artırdı. Buna baxmayaraq, yol ayrıcında qəza şəraiti yarandı. Ölümdən qurtulmuş müğənni yaranmış vəziyyətə əhəmiyyət vermədən yoluna davam etdi.

Bakı şəhərinə doğru istiqamət alan Ə.Mirəliyev maşınını yüksək sürətlə sürməkdə davam edirdi. Biləcəri körpüsünün yaxınlığında qara rəngli cip markalı maşın ona saxlamaq üçün işarə verdi. Müğənni maşınını yolun ortasında saxladı, cip də onun yanında dayandı. Müğənni ilə cipin qadın sürücüsü bir xeyli söhbət etdilər. Bu müddət ərzində yolda tıxac yarandı.

Bəzi müğənnilər oxuduqları kimi də maşın sürürlər...

Şəlalə Nəriman

O.M.