Aygün Kazımova Naxçıvana hazırlaşır

Aygün Kazımova Naxçıvana hazırlaşır

27 Mart 2012 12:38
Bəyəndim (0) Bəyənmədim (0)
Tolik üstüörtülü xəbər verdi

Xalq artisti Aygün Kazımova son vaxtlar dayanmadan yaradıcılığında yeniliklər etməkdədir. Bu dəfə o, aprel ayının 3-də Naxçıvanda təşkil olunacaq konsertdə çıxış edəcək. Aygünlə bərabər Səfurə Əlizadənin, Rəqsanənin və qəribə də olsa, meyxanaçı Namiq Qaraçuxurlunun da iştirakı gözlənilir. Aparıcılıq isə Nanə Ağamalıyevaya həvalə edilib.

Bu konsertlə bağlı "Facebook" sosial şəbəkəsində məlumat paylaşan A.Kazımovanın prodüsseri Tolik nədənsə sonda, "son zamanlar konsertlərimiz gündəmdən düşmür, düşmənlərin gözü kor olsun" cümləsini yazmağı da unutmayıb. Bunun səbəbini və mesajın kimə ünvanlandığını öyrənmək istəsək də, Tolikdən konkret cavab ala bilmədik. Amma təəssüflənməyə dəyməz, çünki o, ağzında söz saxlaya bilmir. Gec-tez açacaq sandığı, tökəcək pambığı.

Könül Aypara