Toy, toy, toydur bu gün!

Toy, toy, toydur bu gün!

27 Mart 2012 11:16
Bəyəndim (0) Bəyənmədim (0)
Reperlə rəqqasə ailə quracaqlar

Qalmaqallı cütlük bu gün bütün söz-söhbətlərə son qoyacaq. Bəli, bu gün reper Elşad Xose ilə rəqqasə Oksana Rəsulova nikah stoluna əyləşəcəklər. Hər çətinliyə düşəndə media işçiləri vasitəsilə durumdan çıxış yolu tapan cütlük bu sevincli anlarında jurnalistləri öz aralarında görmək istəmədilər. Çox güman ki, toydan sonra fotolar, eləcə də bəzi məqamlar internet portalları və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılacaq. Amma buna da toydan sonra nağara deyilir...

Xatırladaq ki, Oksana Rəsulova iki dəfə ailəli olub. Məhz bu səbəbdən reperin ailə üzvləri onların qovuşmasının əleyhinə çıxmışdılar. Buna baxmayaraq, sevgi qələbə qazandı və onlar hər şeyə rəğmən evlənə bildilər.

Əlavə edək ki, toy məclisində şou-biznes nümayəndələri də iştirak edəcək. Həmçinin, uzun müddət Oksana ilə rəqabət aparan, onunla küsülü qalan Rəqqasə Fatimə də.

Allah xoşbəxt eləsin!

Könül Aypara