Faiq Ağayev Novruzu necə qeyd etdi?

Faiq Ağayev Novruzu necə qeyd etdi?

26 Mart 2012 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti xalqın içərisində oldu

Novruz bayramını şou əhli də özünəməxsus tərzdə qarşılayıb, qeyd etdi. Kimisi doğmalarını yad etdi, kimisi qonaqlıq təşkil edib dostlarını başına yığdı, kimisi sadəcə olaraq ailə üzləri ilə süfrə arxasında oldu. Yəni hər kəs bir cür şadyanalıq etdi. Xalq artisti Faiq Ağayev isə tamamilə başqa cür əyləndi bu Novruzda. Daima fərqliliyi sevən "qızıl şlyager" dostları ilə bərabər "Parkbulva"ra yollandı. Bir qədər mağazalara baş çəkən müğənni daha sonra filmlərin anonsunu izlədi. Maraq doğuran filmlərdən birini seçib, bilet sifariş verdi. Bax beləcə, Faiq həm özü əyləndi, həm də Novruz bayramında xalqın içərisində olmaqla pərəstişkarlarını sevindirmiş oldu.

Könül Aypara