Daha bir muğənni özünə toy çaldırmağa hazırlaşır

Daha bir muğənni özünə toy çaldırmağa hazırlaşır

26 Mart 2012 12:27
Bəyəndim (0) Bəyənmədim (0)
Elxan Qaraxanoğlu media işçilərini də toyuna dəvət edib

Şou-biznes aləmində daha bir toy səs-sədası eşidiləcək! Bəli, indiki nəsil tanımasa da, bundan öncəki nəsil Elxan Qaraxanoğlu haqda yetərincə məlumatlıdır. Özünü Faiq Ağayevlə eyni pillədə görən, müəyyən səbəblər üzündən, daha doğrusu, bəzi adamların paxıllığı ucbatından qızıl şlyagerdən geri qaldığını iddia edən Elxan özünə toy çaldırmağa hazırlaşır. Aprel ayının 16-da (red. toyun məkanı və hazırlıq haqda daha ətraflı məlumat veriləcək) müğənni E.Qaraxanoğlu şadyanalıq edərək, əlaqə saxladığı həmkarlarını, dost-tanışlarını başına yığacaq. Əlavə edək ki, Oxumeni.az saytınin və eyni adlı qəzetin kollektivi olaraq bizlər də məclisə dəvətliyik. Çox güman ki, toy şənliyindən qısa reportaj hazırlanaraq, oxuculara təqdim ediləcək. Odur ki, bizi izləməyə davam edin. Çünki şou-biznesdə baş verən ən son məlumatlar yalnız və yalnız bizlərdən əldə olunur.

Könül Aypara