Tolik Natəvan Həbibini saxtakarlıqda ittiham etdi

Tolik Natəvan Həbibini saxtakarlıqda ittiham etdi

24 Mart 2012 18:46
Bəyəndim (0) Bəyənmədim (0)
"Natəvan, sən ATV-yə çıxanı guya belə bomba müğənni olmusan?"

Milli şou-biznesdə qalmaqal bir müddət səngisə də, görünür, yenidən alovlanmaq üzrədir. Bu dəfə çəkişmənin episentrində Tolik adı ilə məşhur olan prodüser Tarix Əliyevdir. O, müğənni Natəvan Həbibi ilə aralarında olan daxili çəkişməni ictimailəşdirmək qərarına gəlib. Daha dəqiq desək, prodüser facebook profilində müğənniyə sərt ismarışlar ünvanlayıb. "Natəvan, sən ATV-yə çıxanı guya belə bomba müğənni olmusan? Burdan yazıram, çünki özün oturursan səhifəmdə (red: Facebook səhifəmi izləyirsən) başqa adla, ya da ətrafındakılar qoy çatdırsınlar sənə" deyə mesajına sərt ittihamlarla başlayan Tolik daha sonra müğənnini saxtakarlıqda ittiham edib: "Sən Natəvan D&G-nın açılışına Bentley-lə getmişdin. Onda niyə sənə görə ağız açmışdılar? Bəyəm o, sənin maşının idi, yoxsa mənə gəlirsən? Mən bilirəm kimindir o maşın. Şəhər sənə gülürdü eee. Rüfət demişdi ki, özünüz sürməyin ki, maraqlı olsun. Так что (red: odur ki), birinci özünə bax".

Şou biznes nümayəndələri "Novruz" bayramının ənənələrini özünəməxsus tərzdə yaşadırlar. Bayramda barışırlar, bayramdan sonra isə mütləq küsürlər...

Şəlalə Nəriman

O.M.