61 yaşlı Madonna 26 yaşlı sevgilisi ilə gündəmdə

61 yaşlı Madonna 26 yaşlı sevgilisi ilə gündəmdə

16 Dekabr 2019 12:47
1 658
Bəyəndim (1) Bəyənmədim (0)

Sosial şəbəkələrdə 61 yaşlı super ulduz Madonnanın pərəstişkarları ifaçının yeni sevgilisi - 26 yaşlı rəqqas Əhlamalik Uilyamsı müzakirə edirlər.

Oxumeni.az xəbər verir ki, Mayamidə otelin eyvanında gənc rəqqasla qucaqlaşaraq görütülənən pop musiqisinin kraliçası fanatlarını şoka salıb. Cütlük münasibətdə olduqlarını açıq-aşkar bəyan etməsələr də, ulduzun fanatları onun gənc rəqqasla eşq yaşadığından əmindir.

Məlumdur ki, Əhlamalik Madonnanı onun ABŞ-da "Madame X" turu çərçivəsində verdiyi bütün konsertlərdə müşayiət edir.

Ulduzun bundan əvvəlki sevgilisi - 32 yaşlı model Kevin Sampayo, görünür ki, müğənninin Portuqaliyadan ABŞ-a qayıdışından sonra ondan ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az