Emir başqa seriala transfer oldu?

Emir başqa seriala transfer oldu?

15 Mart 2012 21:25
Bəyəndim (0) Bəyənmədim (0)
"Eve düşen yıldırım" və Emir Sarrafoğlu...

"MedYapım" imzalı "Eve düşen yıldırım" adlı serial ötən həftə start düyməsinə basaraq, ilk bölümünü yayımladı. Bir çox ünlü ismin rol aldığı bu yeni serial 16 mart tarxindəki bölümündə yeni bir sürprizlə izləyicilərin qarşısına çıxacaq. Belə ki, sabah "Eve düşen yıldırım"ı izləyənlər ekranda Çağatay Ulusoyla (Emir) qarşılaşacaqlar. Hansı ki, aktyoru tamaşaçılar "Adını Feriha koydum"dan çox gözəl tanıyırlar. Onu da qeyd edək ki, yeni layihədə Çağatay epizodik rol ifa edəcək. Və burada da Emir Sarrafoğlu xarakterinə can verəcək.

Günel Həbib