Rəşad Dağlı Murmanska yola düşəcək

Rəşad Dağlı Murmanska yola düşəcək

15 Mart 2012 11:08
Bəyəndim (0) Bəyənmədim (0)
Röya Ayxandan sonra Abbas Bağırov da meyxanaçının iki mahnısını oxuyur

Gənc meyxanaçı Rəşad Dağlı yaradıcılığında yeniliklərini davam etdirməkdədir. Belə ki, o, Röya Ayxandan sonra əməkdar artist Abbas Bağırovla işbirliyinə başlayıb. Rəşadın iki meyxana üslublu şeirinə bəstələnmiş mahnılar Abbasın ifasında səslənməkdədir. "Sənət adamları şeirlərimlə maraqlanmaqdadırlar. Mənə elə gəlir ki, mahnının bəstəsi ilə yanaşı sözləri də dinləyici tərəfindən maraq doğurmalıdır", - deyən Rəşad Dağlı /Əmirov/ yaxın günlərdə Murmanskda yaşayan həmyerlilərimiz tərəfindən dəvət aldığı konsertdə çıxış etməyə yollanacaq. Əlavə edək ki, bu konsertdə yalnız meyxanaçılar iştirak edəcəklər.

Könül Aypara

O.M.