Masallıda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verdi

Masallıda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verdi

15 Mart 2012 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə, ötən gecə Ələt-Astara yolunun 160-cı kilometrliyində, Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Masallı rayon sakini, 1972-ci il təvəllüdlü Xansuvarov İqbal Bəhmən oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil "Volvo" markalı yük maşını ilə toqquşub. Nəticədə, "VAZ 2107"nin sürücüsü və sərnişinləri Ramil Süleymanov, Valeh Ağayev hadisə yerindəcə dünyasını dəyişib. Həmin maşında olan daha iki sərnişin - Elçin Xansuvarov və onun qardaşı Eyvaz isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

O.M.