Samirə: "Röya ilə küsməmişik"

Samirə: "Röya ilə küsməmişik"

13 Mart 2012 15:41
Bəyəndim (0) Bəyənmədim (0)
Söz-söhbətə son qoyuldu

Uzun illər sonra növbəti hamiləliyini yaşayan Samirə (nədənsə ona "Samira" deyirlər) çox sevdiyi səhnəsindən uzaqlaşmağı heç də düşünmür. Doğrudur, xarici ölkələrdə yaşayan həmyerlilərimiz üçün təşkil olunmuş Novruz şənliklərində iştirak edə bilməyəcək. Belə ki, təyyarəyə minik hamilə müğənnimizə həkim tərəfindən qadağan edilib. Amma Samirə elə Bakıda yaşayanları öz mahnı töhfələri ilə sevindirə biləcək. Elə bu gündən etibarən hamilə sənətçi şənliklərdə çıxışlar edəcək.

O ki qaldı Röya ilə münasibətlərinin pozulmasına Samirə bu məsələyə belə aydınlıq gətirdi:
- Bir çox məclislərdə mənə müraciət edirdilər ki, "Əs, dəli külək" mahnısını ifa edim. Həqiqətən də bu mahnı tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Amma heç cür oxuya bilmirdim. Çünki Röya hər an mənimlə bərabər olmurdu. O da həmçinin eyni vəziyyətə düşürdü. Belə qərara gəldik ki, bu mahnını ayrılıqda da oxuyaq. Röyanın ifasında da solo səslənir, mənim ifamda da. Ağlımıza da gəlməzdi ki, bu ayrılığı küsüşməyimizlə əlaqələndirəcəklər. Əslində, biz yenə də dostuq və heç vaxt aramızda narazılıq yaranmayıb.
Təki müğənnilərin arasından dəli külək əsməsin...

Könül Aypara

O.M.