Faytonçu Nazim Nadir Qafarzadəyə yeni ad verdi

Faytonçu Nazim Nadir Qafarzadəyə yeni ad verdi

13 Mart 2012 15:06
Bəyəndim (0) Bəyənmədim (0)
Qalmaqal yenidən alovlana bilər

Novruz ərəfəsində şou-biznesdə yeni bir qalmaqal alovlandı. Bu alovu əjdaha püskürməsə də, bu dəfə ona püskürdülər. Belə ki, özünü şou-biznesin "əjdaha"sı adlandıran Nadir Qafarzadəyə həmkarı Faytonçu Nazim irad tutdu: "Qoy Nadir inciməsin, amma o, hər şeydən əvvəl əjdaha yox, insandır. O, xarici görüşünə görə də əjdahaya oxşamır".

Ancaq Nadirə də əjdaha deyərlər ha! "Elə insanlar var ki, əvvəlcə kiminsə haqqında pis fikirlər səsləndirir, sonradan həmin şəxsə yaltaqlanmağa başlayır. Mən başdan-ayağadək əjdahayam. Bu, sadəcə bənzətmədir. Bu insanlar məndən fərqli olaraq, illərlə öz üzərilərində işləmirlər. Mən isə layihələrimlə, planlarımla əsl əjdaha olduğumu sübut edirəm. Açığı, daha haqqımda danışılanlara əhəmiyyət vermirəm. Mən dəyişilmişəm və əvvəlki Nadir Qafarzadə deyiləm. Bundan sonra mən iki ölkənin super ulduzuyam: Rusiya və Azərbaycanın".
Faytonunun dayandırılması ilə heç də barışmayan Nazim də öz üzərində çalışdığını bildirdi:
- "Немного о прошлом (Bir qədər keçmiş haqqında)" adlı yeni albomum bu günlərdə, çox güman ki, Novruz bayramından sonra pərəstişkarlarımın ixtiyarına veriləcəkdir. Bu albomda Azərbaycanın retro mahnıları rus dilində ifa olunub. Belə ki, Rəşid Behbudovun, Oqtay Ağayevin və bir sıra sənətçilərin oxuduqları rus dilində olan mahnılarını ifa etmişəm. Mən Nadirə o mənada söz atmamışam. Sadəcə olaraq, bildirmək istəyirəm ki, əjdaha mifdir, o həyatda mövcud deyil. Amma fayton var, bu faytonu görmüşük. Nadir zövqlü adamdır, repertuarını izləmişəm. Yaxşı mahnılar oxuyur. Mənim fikrimcə, Nadirə "Ən zövqlü müğənni" adını verirəm. Onu belə çağırsalar, daha münasibdir, - deyən Faytonçu Nazim xarici görünüşünə də fikir verməyi unutmayıb. O, xeyli arıqlayıb. Bundan sonra da kilolardan qurtulmaq fikrindədir.
Bu dəfə əjdaha faytona yerləşmədi...

Könül Aypara

O.M.