Kral İstanbula gəlir!

Kral İstanbula gəlir!

12 Mart 2012 21:44
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya musiqisinin fenomeni Pitbull 30 iyunda istanbula gələcək! Ulduz bir-birinin ardınca dəfələrlə musiqi ödülü almış "I Know You Want Me", "Hotel Room Service" adlı musiqilərini səsləndirəcək. Bundan başqa möhtəşəm konsertdə Pitbull Aşer, Enrike İqlesias, Cenifer Lopez, Şakira, Kris Broun, Mark Entoni kimi sənətçilərlə gerçəkləşdirdiyi "featuring" mahnıları ilə izləyicilərini feyziyab edəcək. Onu da xatırladaq ki, dünya şöhrətli star bu günə kimi milyonlarla albomun satışına imza atanlardan biridir.

"Dünyanı idarə etdiyimi deyə bilmərəm, mən öz planetimi idarə edirəm", - deyən Pitbull 30 iyun gecəsi İstanbul Kiçik Parkda verəcəyi konsertdə tamaşaçılara öz planetində unudulmaz dəqiqələr yaşadacaq.

Konsertin biletləri 40-175 manat arası dəyişməklə satışa çıxarılacaq. 30 faiz endirimli biletlər isə bu gündən satışa çıxarılıb və kampaniya bir həftə davam edəcək.

Günel Həbib