Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək

Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək

19 Noyabr 2019 10:56
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya ABŞ-da keçirilən “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək.

Oxumeni.az-ın xəbərinə görə, bu barədə “Miss Rusiya” müsabiqəsinin direktoru Anastasiya Belyak açıqlama verib.

O deyib ki, “Kainat gözəli” yarışmasının təsisçiləri müsabiqənin keçirilmə yeri və vaxtını çox gec bildiriblər. Buna görə də, “Miss Rusiya – 2019” müsabiqəsinin qalibi Alina Sanko vaxtında Amerika vizası ala bilməyəcək.

Bundan başqa direktor qeyd edib ki, Sanko bu il iki müsabiqədə iştirak etməli idi: “Kainat gözəli” və “Miss Dünya”. Lakin müsabiqələrin keçirilmə vaxtı bir-birinə olduqca yaxındır. “Kainat gözəli” dekabrın 8-i Atlantada, “Miss Dünya” isə dekabrın 14-də Londonda keçiriləcək.

Qeyd edək ki, Sanko “Miss Rusiya” titulunu bu ilin aprel ayında qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)