İspaniyalı musiqiçi Maykl Ceksonu təqlid edib - VİDEO

İspaniyalı musiqiçi Maykl Ceksonu təqlid edib - VİDEO

7 Noyabr 2019 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, özünü M.Ceksonun təqlidçisi adlandıran Sergio Kortesin bu görüntüsü böyük müzakirələrə səbəb olub. Çox sayda istifadəçi M.Ceksonun ölmədiyini və S.Kortes adı ilə yaşamağa davam etdiyini deyib.

On minlərlə M.Cekson fanatı S.Cortesdən DNA testi etməsini istəyib.

Bir istifadəçi isə “Aman tanrım sən Sergio deyilsən, Maykl Ceksonsan” yazıb.

Bir başqa istifadəçi də şərhdə “İndiyə kimi gördüyüm ən yaxşı Maykl Cekson təqlidi” yazısını qeyd edib.

Qeyd edək ki, videoda Sergio Kortes 23 dekabr 2019-cu ildə Tailandın Pattaya şəhərində göstərəcəyi nümayişinin təqdimatını edib.

Xatırladaq ki, Maykl Cekson 2009-cu ildə ABŞ-ın Los-Anceles şəhərində yerləşən evində artıq dozada propofol maddə qəbul edərək dünyasını dəyişib.
Sözü gedən videonu təqdim edirik:

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)