Ər-arvad duet oxudu

Ər-arvad duet oxudu

7 Mart 2012 12:58
Bəyəndim (0) Bəyənmədim (0)
Xoş gəldin, balaca...

Ötən həftə ikinci oğullarını qucaqlarına götürən Mustafa-Emina Sandal karyeralarında da bir araya gəldilər. Belə ki, ər-arvad duet oxudular. Onların səsyazma studiyasındakı fəaliyyətləri "Mustafa Sandal featuring Emina" kimi təqdim olunur. Mustinin gələn ayın əvvəli piştaxtalarda görünməsi planlaşdırılan albomundakı duetin sözləri müğənninin özünə, musiqisi isə həyat yoldaşına aiddir.

Onu da qeyd edək ki, cütlük bu sinqala iddialı klip çəkməyi də düşünür. Emina, "Uzun müddətdir ki, Mustafanın pərəstişkarları bizim duet oxumağımızı istəyirdilər. Yavuzun doğulması ilə bu plan gerçəkləşmiş oldu", - dedi. Musti isə, "Balacaya irəlidə yadda qalan gözəl bir xoş gəldin hədiyyəsi vermək istədik", - deyə açıqlama verdi.

Duet olan solo artıq trioya çevrilmək üzrədir...

Günel Həbib

O.M.