Məşhur türk serialı xaricdə rekorda imza atdı

Məşhur türk serialı xaricdə rekorda imza atdı

18 Oktyabr 04:14
60
Bəyəndim (0) Bəyənmədim (0)

“Diriliş Ərtoğrul” serialının davamı kimi lentə alınan “Quruluş Osman” serialı rekorda imza ataraq, ilk fraqmentindən sonra adları hələlik açıqlanmayan beş ölkəyə satılıb.

Fraqmenti 20 milyondan çox izlənilən serial ingilis, ispan, rus, ərəb və bir çox başqa dillərə tərcümə olunub.

Serial xaricdə “The Ottoman” adı ilə yayımlanacaq.

Qeyd edək ki, serialda baş rol ifaçısı Burak Özçivitdir. İlk fraqmentdə milli-mənəvi dəyərlər vurğulanıb.

Serial yaxın vaxtlarda Türkiyənin “ATV” telekanalında yayımlanacaq.

Oxumeni.az