Aygün Kirkorovla klipini təqdim etdi - Video

Aygün Kirkorovla klipini təqdim etdi - Video

9 Oktyabr 2019 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artistləri Aygün Kazımova və Filipp Kirkorovun “Jalma” duetinə çəkilən klipi təqdim edilib. Oxumeni.az xəbər verir ki, ekran işi “Jara” musiqi festivalı zamanı lentə alınıb.

Sözügedən duet ilk dəfə 13 il bundan əvvəl Kazımovanın Moskva Kremlində keçirtdiyi 35 yaşına həsr olunmuş konsertində səsləndirilib.

Qeyd edək ki, 30- 31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Kirkorovun yeni solo konsertində Aygün Kazımova xüsusi ulduz qonaq olacaq. Konsertdə Kirkorovun hitləri ilə birgə artistlər “Jalma” adlı mahnını birgə ifa edəcəklər.

Bildirək ki, Bakı Konqres Mərkəzində F. Kirkorov özünün yeni “#Tsvet nastroyeniya. Я+R” (#Əhvalın rəngi. Я+R) adlı canlı şousunu təqdim edəcək. Şouda transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 iştirakçı və 3D qrafikalı ekranlar yer alacaq.


Oxumeni.az