Maral Tahirqızının ölüm xəbəri yalandır AÇIQLAMA-VİDEO

Maral Tahirqızının ölüm xəbəri yalandır AÇIQLAMA-VİDEO

1 Oktyabr 2019 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər saytlarının reytiq xətrinə yaydığı məlumata görə müğənni Maral Tahirqızı (Gülməmmədova Maral Tahir qızı) yol qəzasında dünyasını dəyişib.

Sözügedən məsələnin yalan və doğru olmasını aydınlaşdırmaq üçün ifaçının özü ilə əlaqə saxladıq. Açıqlama verən Tahirqızı xəbərin yalan olduğunu bildirib: "Hər şey yaxşıdır. Ölüm xəbərim yalandır. Hazırda evimdə istirahət edirəm. Onu da deyim ki, dəfələrlə ölüm xəbərimi yayıblar. Amma bunu edənlər heç nəyə nail ola bilməyəcəklər".

Qeyd edək ki, stilist Samiraldo sosial şəbəkədə Maral Tahirqızının yeni videosunu yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:

Oxumeni.az