Şou-biznes dövlət tərəfindən maliyyələşdiriləcək

Şou-biznes dövlət tərəfindən maliyyələşdiriləcək

2 Mart 2012 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında "Mədəniyyət haqqında" qanun layihəsi müzakirə olunur. İclasda layihə barədə çıxış edən komitə sədri Nizami Cəfərov deyib ki, 46 maddədən ibarət sənəd 1998-ci il aprelin 6-da qəbul olunana analoji qanunun mahiyyətini 70 faiz özündə saxlayır. Layihənin 42-ci maddəsi "şou-biznes və multimedia" adlanır. Orada bildirilir ki, şou- biznes (kütləvi əyləncələr industriyası) və multimedia (fotoqrafiya, audio, video, kompüter, internet və s.) istehsalı Azərbaycan qanunvericiliyə əsasən tənzimlənir.

Layihədə o da qeyd olunub ki, fəaliyyəti milli-mədəni dəyərlər baxımından cəlbedici olan şou-biznes və multimedia müəssisləri və nümayəndələri dövlət tərəfindən stimullaşdırılır.

O.M.