“Səhnəyə saqqalı da mən gətirmişəm...”

“Səhnəyə saqqalı da mən gətirmişəm...”

18 Sentyabr 16:42
52
Bəyəndim (0) Bəyənmədim (0)

“Mən özümü rahat hiss edirəm. Ətrafımda yaxşı müğənnilər var, ancaq tənbəldirlər. Əslində istəyirəm ki, onlar da aktiv olsun, rəqabət artsın. Amma sadəcə toyla məşğul olurlar. Mahnını da az yazdırırlar. Geyim tərzləri də müxtəlif olsun. Əlbəttə, söhbət bəylərdən gedir”.

Oxumeni.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “5-də 5” proqramına qonaq olarkən deyib. Sənətçi verilişdə qeyd edib ki, şou- biznesdə ona rəqib olan bəylər tənbəldir.

Bundan əlavə, Zamiq utancaq biri olduğunu deyib: “Xasiyyətcə çox utancağam. Xətrimə dəyəndə saatlarla özümə gələ bilmirəm. Yata da bilmirəm, düşünürəm. Özüm özümə sual verirəm ki, niyə mənim xətrimə dəyirlər? İncəsənət insanlarının qəlbi kövrək olur”.

Müğənni aparıcı Zaur Kamalın “səhnəyə nə gətirmisən?” sualına belə cavab verib: “Demək olar ki, səhnəyə fərqli tərz gətirdim. Saqqalı da… Geyimlərimə çox söz atdılar. Amma danışanlar da sonradan belə geyinməyə başladılar. Bir çox sənətçinin küsülü olub da, səhnədə bir-birilərini təqdim etməməklərinə qarşı çıxdım. Biz bir tədbirdə oluruqsa, sevmədiyimiz ifaçını belə yüksək səviyyədə təqdim etməliyik. Bu, mənim borcumdur. Onu da deyim ki, küsülü olduğum şəxs yoxdur”.

Oxumeni.az