Xərçəng xəstəliyi ona kimin kim olduğunu göstərdi

Xərçəng xəstəliyi ona kimin kim olduğunu göstərdi

1 Mart 2012 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Döş xərçənginin caynağına keçən "Adını Feriha koydum"un Sanem xanımı (Deniz Uğur) üsyan etdi. O, məhz bu xəstəliyə düçar olması ilə ətrafındakılardan kimin dost, kimin düşmən olduğu aşkar etdiyini açıqladı: "Gözlədiyim oldu. Xəstəxanada məni bir çox adam ziyarət etdi. Onların arasında mənimlə gülüb, mənimlə ağlayan tapıldı. Ancaq gülərkən əsəbdən dodaqlarını büzən, dişlərini qıcıyan da oldu. "Xərçəng heç yerimə sıçramayıb" - bilgisini məndən alanlar otaqdan dərhal çıxıblar. Bu məlumatın yalan olduğunu təxmin edərək, həkimlərə suallarını tuşlayanlar da oldu. Və hətta döşlərimə silikon taxtırmaq üçün bu xəstəliyimi bəhanə gətirdirdiyimi söyləyənləri də gördüm..."

Günel Həbib