Tərtərdə yaşayış evində partlayış oldu

Tərtərdə yaşayış evində partlayış oldu

1 Mart 2012 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Tərtər rayonu, Kəngərli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan birmərtəbəli yeddi otaqlı evdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Nəticədə, evin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisə maye qaz balonunun partlaması nəticəsində baş verib.

O.M.