Azərbaycanlı müğənni 5 il qeyri-rəsmi nikahda yaşayıb, sonra toy edib

Azərbaycanlı müğənni 5 il qeyri-rəsmi nikahda yaşayıb, sonra toy edib

31 Avqust 2019 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Amil Həsənoğlu beş il qeyri-rəsmi nikahda yaşadığını etiraf edib.
Sənətçi bu haqda "5/5" verilişində deyib. O bildirib ki, övladı olduqdan sonra toy edib:

"Toyu bu yaxınlarda etdim. Biz birlikdə yaşadıq, bir-birimizi tanıdıq, sonra evləndik. Toyumuz olanda uşağımız da var idi. Beş il qeyri-rəsmi nikahda yaşadıq. Tez evlənib-boşanırlar. Biz də onu gözümüzün qabağına gətirib, birlikdə yaşadıq. Ailəcanlıyam, niyə də mənə qız verməsinlər.

Burada qeyri-adi və eyib heç nə yoxdur. Uşağıma sahib çıxmışam. Xanımım yanımdadır. Niyə məni qınamalıdırlar ki?".

Qeyd edək ki, Amilin 2018-ci ildə toyu olmuşdu.(axşam.az)