Əməkdar artistin evində toy çalınacaq!

Əməkdar artistin evində toy çalınacaq!

28 Fevral 2012 13:22
Bəyəndim (0) Bəyənmədim (0)
Şou-biznes nümayəndələrinin iştirakı da gözlənilir

Görkəmli kaman ustası Ağacəbrayıl Abbasəliyevin ailəsində xeyir iş gözlənilir. Belə ki, əməkdar artist bu yaxınlarda oğlunu evləndirəcək. Martın əvvəlinə planlaşdırılmış məclisin "Ay işığı" restoranında keçiriləcəyi nəzərdə tutulub. Onu da əlavə edək ki, artıq qız toyu baş tutub. Bəy sevib-seçdiyi xanıma martın 4-də qovuşacaq. Toyda korifey sənətçilərlə yanaşı şou-biznes əhlinin nümayəndələri də iştirak edəcək.

Allah xoşbəxt eləsin!

Könül Aypara