Məşhur müğənni "Jara"nın səhnəsində yıxıldı - Video

Məşhur müğənni "Jara"nın səhnəsində yıxıldı - Video

26 İyul 2019 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalında çıxış edən rusiyalı müğənni Olqa Buzovanın başına iş gəlib.

Müğənninin ifa etdiyi "Voditsa" mahnısı üçün hazırlanmış şouya uyğun olaraq səhnəyə çoxlu su tökülüb. Yer sürüşkən olduğu üçün Olqa Buzova rəqs zamanı sürüşərək yıxılıb. Bu zaman onun dizi qanayıb.

Olqa Buzova yaralanmış dizinin fotosunu İnstaqramda paylaşaraq "Çıxışım zamanı hər şeydən çox sürüşəcəyimdən qorxurdum və bu gün məhz bu hadisə başıma gəldi. Ümid edirəm izləyicilərin çoxu bu ağrılı hadisəni görməyib" yazıb.