Diqqət! Rihanna Azərbaycana gəlir!

Diqqət! Rihanna Azərbaycana gəlir!

23 Fevral 2012 17:19
Bəyəndim (0) Bəyənmədim (0)
Aprel ayını gözləməyə dəyər...

"R and B" musiqisini sözün əsl mənasında yüksək səviyyədə təmsil edən Rihanna artıq özünün aktrisalıq yönünü də heyranlarına göstərmək niyyətindədir. Bu aralar çəkilişləri tamamlanmaqda olan "Battleship" adlı filmdə donanma əsgəri Reykis qismində rol alan müğənni çox ünlü isimlərlə işbirliyi qurub. Belə ki, o, filmdə Liam Neeson, Aleksandr Skarsqard, Brooklin Deker kimi məşhurlarla bir araya gəlib. Film dəniz donanmasının dünyamızı işğal edən yadplanetlilərlə savaşından bəhs edir.

Filmin rejissoru Peter Berq, "Rihannanın kliplərinin heyranıyam. Bu günə qədər niyə onu kimsə komandasına daxil etməyib, çox maraqlıdır mənim üçün", - deyə bildirib.

Xatırladaq ki, "Battleship" 2012-ci ilin aprel ayından etibarən bütün dünyada nümayiş olunacaq. Qonşu ölkə Türkiyəyə 24 apreldə "təşrif buyuracaq" olan film çox güman ki, həmin ərəfələrdə Azərbaycan tamaşaçısını da feyziyab edəcək.

Günel Həbib