Uitni Hyustonun əşyaları satılır

Uitni Hyustonun əşyaları satılır

23 Fevral 2012 16:49
Bəyəndim (0) Bəyənmədim (0)
Bütün bunlar ondan geriyə qalan borclarını ödəməyə yetəcəkmi?

Amerikadakı bir otel nömrəsində ölmüş halda tapılan Uitni Hyustonun əşyaları satışa çıxarılır. Belə ki, Los-Ancelesdəki "Julien’s Auctions" muzeyinin sahibi Darren Juliyenin təşəbbüsü ilə hərrac 31 martda start götürəcək. Dünya arenasının vaz keçilməz səsi olan Uitnidən xatirə saxlamaq istəyənlər gələn ay bu auksiona qatıla bilərlər. O ki qaldı əşyalara, məsələn, müğənninin uzun, qara rəngli paltarını əldə etmək istəyənlər bunun üçün 1000 dollar ödəməli olacaqlar. Starın "The Bodyguard" ("Mühafizəçi") filmində geyindiyi koftanı əldə etmək istəyənlər 400, mirvari sırğalarına yiyələnmək istəyənlər isə 700 dollarlarından vaz keçməli olacaqlar.

Günel Həbib