Çox təəccüblənəcəksiniz...

Çox təəccüblənəcəksiniz...

22 Fevral 2012 15:38
Bəyəndim (0) Bəyənmədim (0)
Kim nə qədər qazanır?

Son zamanlar olduqca inkişaf edən türk serial-film sektorunda dodaq uçuqladan pullar havada uçuşmaqdadır. Xüsusilə baş rol ifaçıları el dili ilə desək, hər həftə kiçik miqyasda da olsa bir sərvət qazanırlar. Bəs görəsən, kim nə qədər QAZANIR?

1. "Öyle bir geçer zaman ki"nin Osmanı hələ 5 yaşındadır. Lakin aylıq qazancı (yalnız serialdan) 5 min manatdır.

2. "Muhteşem Yüzyıl"ın İbrahim Paşası (Okan Yalabık) həftədə əvvəlcə 4 min manat, sonradan isə 7.5 min manat qazanmağa başladı.

3. Sultan Süleyman (Halit Ergenç) isə 22.5 min manat qazanır bir bölümə.

4. Əvvəlcə həftəlik 5 min manat qonorar alan Hürrem (Meryem Uzerli) sultan, populyarlaşdıqdan sonra 10 min manatla mükafatlandırılmağa başladı.

5. "Fatmagülün suçu ne?" serialının Fatmagülü (Beren Saat) bir bölümə görə 22.5 min manat pul alır.

6. Ali kapitan "Öyle bir geçer zaman ki"nin bir bölümü üçün 17.5 min manat yatırır bank hesabına.

7. Eyni serialın Vilma Ellesi - Karolini 10 min manat qazanır həftəlik.

8. "Kurtlar vadisi"nin Polad Alemdarı (Necati Şaşmaz) aylıq 120 min manat qoyur pul qabısına.

9. "Güney-Kuzey"in yaraşıqlısı Kıvanç Tatlıtuğun həftəlik qazancı 30 min manatdır. Təbii ki, eyni serialdakı digər həmkarları ondan az qazanırlar.

10. "Adını Feriha koydum"un baş rolçuları Feriha (Hazal Kaya) və Emir (Çağatay Ulusoy) bir bölümə görə çəkdikləri əziyyətin müqabilində 10 min manat pul qazanırlar.

Günel Həbib