Siqaret və spirtli içkilər aşkarlanıb

Siqaret və spirtli içkilər aşkarlanıb

22 May 2019 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 2106" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Mediainfo.az-a DGK-dən verilən xəbərə kimi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 1000 ədəd "Marlboro" markalı siqaret, 6 ədəd 1 litrlik "Grey Goose" və 2 ədəd 1 litrlik "Chivas Regal" markalı spirtli içkilər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.