Uitni Hyustonun dəfn mərasimi canlı yayımlanacaq

Uitni Hyustonun dəfn mərasimi canlı yayımlanacaq

16 Fevral 2012 20:58
Bəyəndim (0) Bəyənmədim (0)
Ünvan yalnız bizim xəbərdə!

Amerikada bir oteldə ölü olaraq tapılan Uitni Hyustonun dəfn mərasimi canlı olaraq internetdən izlənilə biləcək. "Qremmi" ödüllü müğənninin mətbuat katibi Kristen Foster "Associated Press" agentliyinə verdiyi məlumata görə, dəfn mərasimi Nyu-Cersidə keçiriləcək və canlı olaraq internetdən izlənilə biləcək. Mərasim Uitninin uşaq ikən mahnı oxuduğu "New Hope Baptist" kilsəsində keçiriləcək və o, 2003-cü ildə ölən, "Fair View" qəbiristanlığında dəfn olunan atası Con Ruzel Hyustonun yanında basdırılacaq. Şənbə günü keçiriləcək tədbiri ''http://livestream.com/aplive'' adresində izləyə biləcəyik

Günel Həbib