Türkiyənin "Yahşi güzeli" azəri sənətçisi seçildi

Türkiyənin "Yahşi güzeli" azəri sənətçisi seçildi

16 Fevral 2012 20:54
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artistimizin verilişi açılır


Xalq artisti Brilliant Dadaşova hazırda Türkiyədə yaradıcılıq işlərini davam etdirməkdədir. Müğənni nəinki qardaş ölkədə, eləcə də dünyaca tanınan həmyerlimiz Əlixan Səmədovla bərabər albom hazırlayıb. "Buda bar" adlı CD artıq satışa buraxılıb. Türkiyədə Azərbaycanın "Yahşi güzeli" adını almış Brilliant xanımın tezliklə verilişi də tamaşaçıların ixtiyarına buraxılacaq. "Yahşı güzel" adlandırılmağımla fəxr edirəm! Mənə bacısı kimi münasibət göstərən, eləcə də dinləyib, bəyənən hər kəsə təşəkkür edirəm. Çox yaxında telekanalların birində "İki dövlət, bir müzik" adlı verilişim yayımlanacaq. Türkiyədəki sənətçi yoldaşlarımı da öz verilişimə dəvət edəcəyəm", - deyə türk mediasına açıqlama verən B.Dadaşova qonşu ölkədə daha yüksək zirvələri fəth etmək niyyətində olduğunu da açıqlayıb.


Ay səsiniz yüksəkiklərdən gəlsin!

Könül Aypara