Uitni Hyuston Maykl Ceksonun yanında dəfn olunacaq

Uitni Hyuston Maykl Ceksonun yanında dəfn olunacaq

12 Fevral 2012 20:36
Bəyəndim (0) Bəyənmədim (0)
Daha bir parıldayan ulduz söndü...

Artıq məlumunuzdur ki, Uitni Hyuston dünən Los-Ancelesdəki "Beverli Hills" otelinin nömrəsində ölü olaraq tapılıb. Polislər Hyustonun ölüm səbəbini araşdırarkən məlum olub ki, o, narkotk maddələrə aludə olduğu üçün 48 yaşında gözlərini əbədi olaraq yumub. Belə ki, otağında ölü olaraq tapılan dünya arenasının əvəzolunmaz səsi narkotik maddədən həddən artıq istifadə etdiyi üçün onun daxili orqanları - xüsusilə ürəyi buna tab gətirməyərək, təslim olub.

2000-ci ildə eks əri Bobbi Brovun ilə enişli-yoxuşlu evlilik həyatı, üstəgəl, narkotik Hyustonu pikdən sürətlə aşağı endirməyə yetdi. Yetdi, hətta artdı da! Narkotikdən asılı olan müğənni bu yola illərdir qazandığı sərvətini qoydu. 7 aktavalıq səsi də narkotikin yolunda hədər oldu. Ailə həyatı darmadağın oldu. "Pul" dostları da ondan üz döndərdi. Düzdür, son dönəmlərdə bu yoldan çəkiləcəyini, yenidən əvvəlki Uitni Hyuston olacağını dönə-dönə vurğulayan "Qremmi" mükafatçısının nə yazıq ki, vədinə əməl etməyə nə vaxtı, nə də imkanı oldu.

Müsəlman olmasa da, Allahdan Uitni Hyustona rəhmət diləyirik! Çünki "rəhmət" dinindən-dilindən asılı olmayaraq, hər kəsin payına düşür!

Və sonda... Xarici mətbuatdan əldə etdiyimiz sonuncu məlumata görə, "Mühafizəçi" filmi ilə ünə qovuşan, aktrisalıq qabiliyyətini yüksək səviyyədə nümayiş etdirən Uitni Hyuston dünya musiqisinə göstərdiyi xidmətinə görə pop-kralı Maykl Ceksonun yanında dəfn olunacaq.

Günel Həbib