Rüfət Axundov jurnalistləri yalançı adlandırdı

Rüfət Axundov jurnalistləri yalançı adlandırdı

8 Fevral 2012 09:23
Bəyəndim (0) Bəyənmədim (0)
"Jurnalistlərə inanmayın, onlar şou biznesi hədəf kimi seçirlər, istifadə edirlər bu hədəfdən"

Şou biznesdə qalmaqaldan uzaq olan nadir müğənnilər var ki, onlardan biri də Rüfət Axundovdur. Başını salıb sənəti ilə məşğul olur. Münasib qiymətə toylara gedir, hərdən efirlərdə görünür. Görünəndə də həmkarları haqda xoş sözlər söyləyir. İlk baxışdan adama elə gələ bilər ki, Rüfət Axundov hər şeydən və hamıdan razıdır. Amma yox. Sən demə, onun da narazı qaldığı insanlar var. Müğənninin Avropa radiosunun canlı efirində səsləndirdiyi fikirlər bunu bir daha sübut etdi: "Tamaşaçılara məsləhətim odur ki, heç bir şayiəyə, qalmaqala fikir verməsinlər, çünki qalmaqal bütün sahədə olur. Hər bir sahədə paxılıq var, sadəcə, bizdə çox şişirdib büruzə verirlər. Bütün dedi-qoduları jurnalistlər, müxbirlər şişirdib yazırlar. Səbəbkar da onlardır. Jurnalistlərə inanmayın. Onlar şou biznesi hədəf kimi seçirlər, istifadə edirlər bu hədəfdən. Bütün müğənnilərlə yaxınam, hamı ilə də dostam".

Maraqlıdır, görəsən, Rüfət Axundovu bu qədər əsəbiləşdirən kim olub və ya kimlərdir? Bəlkə o da şou biznes qaydalarına uyğunlaşaraq qalmaqala qoşulmaq istəyir? Hər halda böyük bir qalmaqalın başlanacağı hiss olunur.

Şəlalə Nəriman

O.M.