Cansu Dere yeni seriala çəkiləcək

Cansu Dere yeni seriala çəkiləcək

7 Fevral 2012 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

İki il davam edən "Ezel"dən sonra bir çok serial, film təklifi alan Cansu Dere əslində istirahət etməyi düşünürdü, Lakin...

Ünlü "Ay Yapım"ın bir ildir üzərində çalışdığı, dünyaca ünlü amerikalı yazıçı Henri Ceymsin "Göyərçinin qanadları" romanının adını eşidincə durum dəyişdi. Aktrisa istirahətinə ara verib, eyni adlı serialda baş rolu canlandırmaq qərarına gəldi. Qeyd edək ki, ötən il "ATV"nin serial sihayısında adı hallanan, ancaq daha sonra təxirə salınan serialın ssenarisini isə Mahinur Ergün qələmə alacaq. Serial sevgi, əxlaq və çarəsizlik üçbucağıdakı iki qadın və bir kişinin həyat hekayəsindən bəhs edir.

Onu da qeyd edək ki, hazırkı məqaləmizin qəhrəmanı Azərbaycanda fəaliyyət göstərən məşhur kosmetika brendlərindən birinin bu ilki üzü olub.

Günel Həbib