Harri Potter rolunun ifaçısı filmə sərxoş halda çəkilirdi

Harri Potter rolunun ifaçısı filmə sərxoş halda çəkilirdi

7 Fevral 2012 03:33
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhur aktyor 18 yaşından bəri əyyaş olduğunu etiraf etdi

Britaniyalı aktyor Deniel Redkliff etiraf edib ki, Harri Potter roluna çəkilərkən hər zaman sərxoş vəziyyətdə olub. O, çəkiliş zamanı içməyə üstünlük vermədiyini desə də, hər axşam yaddaşını itirənə qədər içdiyini bildirib. Like.lb.ua saytının məlumatına görə, aktyor uzun müddət əyyaşlıqdan əziyyət çəkdiyini xüsusilə vurğulayıb: "Mən zərərli vərdişlərə meylliyəm. Mənim kimi adamlar pis vərdişlərini gizlədirlər. Mən isə gizlətmirəm, əyyaş olmuşam. Hətta göstərə bilərəm ki, bir çox səhnələrin çəkilişi zamanı ayaq-üstə güclə dayanmışam."
Xatırladaq ki, Coan Roulinqin ekranlaşdırılmış 8 romanında Deniel Redkliff baş qəhrəmanı canlandırıb. Yeniyetmə vaxtlarından bu filmlə məşhurlaşıb. Böyük Britaniya qanunlarına görə, 18 yaşından etibarən hər kəs alkoqollu içkilər qəbul edə bilər. Deniel Redkliffin əyyaş olduğu haqda dedi-qodular da məhz 18 yaşından sonra yayılmağa başlayıb.

Elə ona görə də Harri Potter filmlərinə ayıq başla baxmaq olmur...

Murad Şahməmmədov

O.M.