Samir Piriyev 33 manatlıq telefon işlədir

Samir Piriyev 33 manatlıq telefon işlədir

6 Fevral 2012 17:46
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni bəzi atalar sözündən əsəbiləşir

Artıq bir neçə ildir mobil telefon təkcə rabitə vasitəsi sayılmır. O, gözəlliyi və şarmı tamamlayan aksessuara çevrilib. Hətta kontur almağa pulu olmayanlar da kreditə bahalı telefonlar əldə edirlər ki, digərlərindən seçilsinlər. Şou biznes də istisna deyil. Daş-qaşlarla bəzədilmiş brend modellər, eksklüzivlər ulduzların parlaqlığına parlaqlıq qatır. Nə qədər qəribə səslənsə də, şou biznes aləmində ucuz telefona üstünlük verən müğənni də tapmaq mümkündür. İnanmayacaqsınız, ancaq həmin populyar müğənnilərdən biri Samir Piriyevdir.

"Bir gün facebook-da biri mənə yazdı ki, bir tədbir var, səni istəyirik görək orda. Mən də nömrəmi yazdım. Qayıdıb dedi ki, mən inanmıram bu sənsən, çünki sənin mobil nömrən avtobus nömrəsinə oxşayır. Mən dedim ki, yaxşı, 211-lə olan nömrəni yığ, nə fikrin var bildir, o da mənim prodüserimdir. Mən sadəliyə çox üstünlük verirəm. Telefonumun qiyməti 33 manatdır". Bu sözləri Avropa radiosuna müsahibəsində müğənni Samir Piriyev deyib. Dinləyicilərin suallarına cavab verən müğənni bəzi atalar sözləri ilə razılaşmadığını da qeyd edib: "Bir də görürsən, elə atalar sözü var ki, adam əsəbiləşir. Deyirlər, qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya. Bəyəm halvaçı, zurnaçı insan deyil? Onlar da sənətkardır. Qəbul eləmirəm bu ataların fikrini. Kimdirsə boş adam olub, öz-özünə danışıb. Bu təhqirdir, heç kim bu sözü işlətməsin, deməsin".

Çıxışının sonunda S.Piriyev ayda dörd dəfə Türkiyənin İstanbul şəhərinə öz maşını ilə səfər etdiyini bildirib: "Türkiyəyə gedəndə çox vaxt təyyarəyə minmirəm, sıxılıram, maşınımla ayda dörd dəfə gedirəm".

Deməli. əsas telefonun qiyməti deyil, dəyəridir. Ona dəyər verən isə dəyərli insanların zəngidir...

Şəlalə Nəriman

O.M.