"Hansısa şərəfsiz mənim adımdan oturub "Facebook"-da"

"Hansısa şərəfsiz mənim adımdan oturub "Facebook"-da"

6 Fevral 2012 12:31
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən sənətçiyəm, lazım olsa, ingilis dilində çalışaram yaxşı ifa edim, hamıdan da yaxşı ifa edərəm"

Sosial şəbəkələr həyatımıza daxil olduqca biz istər-istəməz böyük bir dünyanın zərrəsi olduğumuzu hiss eləməyə başlayırıq. Belə ki, gündəlik yazışmalarda, informasiya axınında hər birimiz iştirak etmiş oluruq. Təbii ki, söhbət sosial şəbəkələrin istifadəçilərindən gedir. Bu qədər məlumat axınında nəyin doğru, nəyin yalan, kimin kim olduğunu müəyyən etməkdə çətinlik çəkirik. Analoji problemlər sırasında yalançı profillər öndə gedir. Başqa sözlə desək, kimsə tanınmış bir simanın adından səhifə açaraq, öz fikirlərini həmin şəxsin adı ilə təqdim edir. Nəticədə, populyar insanın imicinə zərbə dəymiş olur.

Bu tip problemlə üzləşən şəxslərdən biri də populyar müğənni İzzət Bağırovdur. O, adından istifadə edərək "Facebook"-da profil açan şəxsdən xeyli gileylidir. Hətta Avropa radiosunun efirindən həmin şəxsin ünvanına təhqirlər də səsləndirib: "Facebook-da mən olmuram, hansısa şərəfsiz mənim adımdan oturub orda."

İ.Bağırov çıxışı zamanı bir çox mətləblərə toxunub. O, nə vaxtsa "Eurovision" mahnı müsabiqəsində iştirakı barədə deyib: "Ola bilər. Mən sənətçiyəm, lazım olsa, ingilis dilində çalışaram yaxşı ifa edim, hamıdan da yaxşı ifa edərəm. Bir dəfə bir kürd mahnısı ifa etdim, mənə zəng gəldi, dedilər: "nə gözəl ifa etmisən bizim mahnını.""

İzzət Bağırov çıxışının sonunda klip məsələsinə toxunaraq deyib: "Azərbaycanda ən çox klip məndədir, məndən çox klip çəkən olmayıb".

Maraqlıdır ki, bu yazı İzzət Bağırovun şikayət etdiyi "Facebook"-da yayılacaq...

Şəlalə Nəriman

O.M.