Ana, nənə, nəvə...

Ana, nənə, nəvə...

21 Aprel 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Son zamanların ən populyar simalarından biri olan Beren Saata durmadan reklam rolikinə çəkilmək və ya hər hansı bir şirkətin üzü olmaq üçün təkliflər yağmaqdadır. Sonuncu dəfə "Reksona"nın üzü olan aktrisa bir neçə dəqiqəlik reklam çəkilişləri üçün 350 min avro qonorar almışdı. Hazırda ona gələn digər təklifləri də götür-qoy edən ünlü yaxın gələcəkdə bir nəticəyə gələcək. Və təbii ki, bununla da bank hesabını qabartmış olacaq...

Öncəki gün yerli alış-veriş mərkəzlərinin birində anası, nənəsi ilə birlikdə görünən "Fatmagül" dükanlarla maraqlanmayıb birbaş üst mərtəbəyə çıxdı. Üç nəslin nümayəndəsi - ana, nənə və nəvə "Bizim böyük çarəsizliyimiz" adlı filmi seyr etdilər.

Qəribədir ki, onların seyr etdikləri film "Bizim böyük çarəsizliyimiz" adlanırdı...

Günel Həbib

O.M.