Sultan Süleymanın qızını o canlandıracaq

Sultan Süleymanın qızını o canlandıracaq

1 Fevral 2012 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Lale Devri"ndə Yeşim xarakterini canlandıran Serenay Sarıkayanı artıq bundan sonra başqa bir serialda da görmə imkanına malik olacağıq. Belə ki, aktrisa "Muhteşem Yüzyıl"da Qanuni ilə Hürrem sultanın yeganə qızı Mihrimahı canlandıracaq. Önümüzdəki günlərdə Mehmet Günsürün (Mustafa) də daxil olacağı serialda cazibədar Serenay da görünəcək. İddialara görə, aktrisa hər bölümə görə yaradıcı heyətdən təxminən 7.5 min manat tələb edib. Əks tərəfsə bu qonorarın həddən artıq çox olduğunu söyləyib.

Onu da qeyd edək ki, Serenayın bu rolu əvvəlcə maniken Tuğçe Kazaza təklif olunub. Lakin tərəflər bu və ya digər səbəbdən razılığa gəlmədikləri üçün sükan digər istiqamətə doğru çevrilib.

Günel Həbib